Benefits

Feyxoa subtropik meyvə bitkiləri içərisində çox maraqlı və diqqətələyiq bitkidir. Onun zərif, turşa-şirin sərinləşdirici və ananas ətirli meyvələri insan organizmi üçün vacib sayılan zəngin kimyəvi tərkibə malikdir. Feyxoanın təzə meyvəsinin hər kilogramının tərkibində orta hesabla 3 min mikrogram yod vardır. Bu rəqəm yodla ən çox zəngin sayılan bitki və heyvan mənşəli yeyinti məhsullarının, məsələn, dəniz ilbizi, yeməli balığqulağı, soğan,sarımsağ, yumurtanın tərkibindəki yoddan xeyli yüksəkdir.